...

"Azadlıq" blokunun Ekologiya Komissiyası yaradılıb

Siyasət Materials 1 Noyabr 2006 17:45 (UTC +04:00)

"Azadlıq" siyasi partiyalar blokunun Ekologiya Komissiyasının yaradılıb. Bu barədə Trend ə blokda təmsil olunan Azərbaycan Demokrat Partiyasından (ADP) məlumat verilib.

Ekologiya komissiyasının ilk iclasında qurumun iş planı müzakirə olunub və təsdiq edilib, müvafiq iş bölgüsü aparılıb. İlk növbədə respublikanın və regionun ekoloji durumu, ətraf mühitin - Xəzər dənizinin, şirin su mənbələrinin, meşələrin, atmosferin və torpağın çirklənməsinin, bu sahədə mövcud vəziyyətin dəyərləndirilməsi və müvafiq hesabatın hazırlanması qərara alınıb.

Eyni zamanda komissiyanın qarşısında duran prioritet məsələlər müəyyənləşdirilib və ətraf mühitin qorunması və tədqiqi ilə məşğul olan dövlət qurumları, elmi tədqiqat institutları, yerli və əcnəbi qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqələrin yaradılması məqsədəuyğun hesab edilib. İclasda həmçinin təşkilati məsələlərə baxılıb və ADP sədrinin müavini Həsrət Rüstəmov "Azadlıq" blokunun Ekologiya Komissiyasının sədri seçilib.

Qeyd edək ki, "Azadlıq" blokunda 4 müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Demokrat (ADP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti