...

Azərbaycanda PSA tipli yeni neft müqaviləsi imzalanıb

Siyasət Materials 3 Noyabr 2006 16:23 (UTC +04:00)
Azərbaycanda PSA tipli yeni neft müqaviləsi imzalanıb

Noyabrın 3-də Bakıda ARDNŞ və Rusiyanın "RussHeft" şirkəti Azərbaycanın quruda yerləşən "Hövsan"-"Zığ" yataqlar blokunun birgə işlənməsi haqqında PSA tipli müqavilə imzalayıb. Trend in xəbər verdiyi kimi, müqavilədə ARDNŞ 25%, "RussHeft" isə 75% iştirak payı alıb.

Müqaviləni ARDNŞ prezidenti Rövnəq Abdullayev və "RussHeft" şirkətinin rəhbəri Mixail Qutseriyev imzalayıb.

İmzalanma zamanı ARDNŞ-in Xarici İnvestisiyalar İdarəsinin rəhbəri Vaqif Əliyev bəyan edib ki, yatağa qoyulacaq sərmayələrin həcmi birbaşa qazma proqramından asılı olacaq.

"Müqaviləyə görə, iki ildən sonra şirkət "Hovsan"-"Zığ" yataqlarında neft hasilatını 1,5 dəfə artırmalı olacaq", - deyə o bildirib.

"Zığ" yatağının müqavilə sahəsi 65 km2 təşkil edir. Çıxarıla bilən qalıq neft ehtiyatlarının həcmi 12 mln. tona bərabərdir. Yataq 1935-ci ildə açılıb. Sahədə 234 quyu var. Bunların 168-i müxtəlif vaxtlarda istismarda olub. Hazırda yataqda 10 quyudan neft hasil edilir (sutkada 25 ton neft, 20 min m3 qaz). Çıxarılan lay suyunun həcmi sutkada 470 m3 təşkil edir.

"Hövsan" yatağı 1948-ci ildə açılıb. Hazırda neft hasilatı sutkada 260 ton, qaz hasilatı 900 min m3-ə bərabərdir. Hasilat 19 quyuda aparılır.

"RussHeft" MŞ ASC 2002-ci ilin sentyabrında yaradılıb. Bu gün şirkətin illik neft hasilatı 17 mln., çıxarıla bilən ehtiyatları isə 630 mln. tondan çoxdur. "RussHeft" şirkətinin balansında 30 hasilat aktivi, 3 neft emalı zavodu, 1 nəqliyyat müəssisəsi və 300 yanacaq doldurma kompleksi var.

Xəbər lenti

Xəbər lenti