...

Azərbaycan prezidenti Ukraynanın "İlin adamı- 2006" beynəlxalq mükafatına layiq görülüb

Siyasət Materials 10 Noyabr 2006 13:51 (UTC +04:00)
Azərbaycan prezidenti Ukraynanın "İlin adamı- 2006" beynəlxalq mükafatına layiq görülüb

Azərbaycan prezidenti İlham Əliyev Ukraynanın "İlin adamı- 2006" beynəlxalq mükafatına layiq görülüb. Trend UMEA-ya istinadən xəbər verir ki, bu qərarı Ukraynanın "İlin adamı-2006" ümummilli proqramının Ali akademik şurası qəbul edib.

Laureat adlarının iddiaçılarının ekspertlər tərəfindən müəyyənləşdirilməsinin aralıq yekunlarının nəticələri haqqında proqramın Ali akademik şurasının sədri, Ukrayna Milli elmlər akademiyasının akademiki Vladimir Seminojenko məlumat verib. Onun məlumatına əsasən, ictimai-siyasi fəaliyyət sahəsində beynəlxalq mükafatın sahibi Azərbaycan Prezidenti İlham Əliyev olub.

2006-cı il üzrə beynəlxalq və xüsusi mükafatlar təqribən 18 mart 2007-ci ildə Kiyevdə "Ukrayna" Milli sarayında keçiriləcək "İlin adamı- 2006" proqramının qalib və lauretlarının təntənəli mükafatlandırma mərasimində təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti