...

Milli Məclisin spikeri Sankt-Peterburqa yola düşəcək

Siyasət Materials 14 Noyabr 2006 13:16 (UTC +04:00)

Azərbaycan Milli Məclisin spikeri Oqtay Əsədov təxminən noyabrın 16-17-də Sankt -Peterburqda olacaq. Bu barədə Trend ə ölkə parlamentindən məlumat verilib.

Səfərin məqsədi - MDB ölkələri Parlamentlərarası assambleyanın (PAA) növbəti iclasının işində iştirak etməkdir. İclasda MDB-nin təkmilləşdirilməsi və dəyişdirilməsi məsələləri, MDB-nin yaranmasının 15 illiyi, Birlik çərçivəsində əməkdaşlığın perspektiv və yekunlarının müzakirə ediləcəyi nəzərdə tutulub, bir sıra sənədlərin qəbul olunması planlaşdırılıb.

Assambleya çərçivəsində həmçinin "Qafqaz dördlüyü"nün - Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya parlament rəhbərlərinin toplantısının da keçirilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti