...

Azərbaycanın nümayəndə heyətinin başçısı: Azərbaycan AŞPA-nın təklif etdiyi Cənubi Qafqazda Sabitlik Paktını tənqid edir

Siyasət Materials 15 Noyabr 2006 19:00 (UTC +04:00)

Azərbaycan təklif olunmuş Cənubi Qafqazda sabitlik Paktına tənqidi yanaşır və münaqişələr həll olunanadək heç bir əməkdaşlıq ola bilməz. Bu barədə Trend ə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

S.Seyidov qeyd edib ki, sənəd AŞPA Daimi Komitəsinin noyabrın 17-də keçiriləcək toplantısında müzakirə olunacaq. Bu məsələ üzrə siyasi məsələlər komitəsinin məruzəçisi Adrian Severin (Rumıniya) çıxış edəcək. S.Seyidov, öz növbəsində, Azərbaycan tərəfinə öz iradlarını bildirəcək.

O qeyd edib ki, ümumi şəkildə hazırlanmış sənəd Cənubi Qafqazda əməkdaşlığın inkişafını və bunun bölgə üçün əhəmiyyətini nəzərdə tutur. Lakin Azərbaycan və Gürcüstan tərəfi hesab edir ki, bu əməkdaşlıq yalnız münaqişələrin həllindən sonra mümkün olacaq və bu, hər iki ölkənin prinsipial mövqeyidir. S.Seyidov həmçinin qeyd edib ki, Ermənistan bu mövqe ilə razılaşmır.

Xatırladaq ki, AŞPA Daimi Komitəsinin toplantısı noyabrın 16-da keçiriləcək. Toplantıda Cənubi Qafqazda sabitliyin qorunması haqqında qətnamə, qadınlara qarşı zorakılıqla mübarizə haqqında bəyanat, Qazaxıstanın Avropa Şurası ilə əlaqələri və ölkədəki hazırkı vəziyyət, Latviyada milli azlıqların hüquqları, silah alverində şəffaflığın zərurəti və başqa məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti