...

AYİB Azərbaycanın maliyyə sektorunun kreditləşdirilmə proqramının dəyərinin iki dəfə artdığını bildirib

Siyasət Materials 15 Noyabr 2006 19:04 (UTC +04:00)

Avropa bankı bu gün Azərbaycanın maliyyə sektorunun kreditləşdirilmə proqramının dəyərinin iki dəfə artdığını bildirib. Bu barədə Trend xəbər verir. AYİB biznes qrupunun direktoru Olivye Deskamp bildirib ki, indiyədək Azərbaycanın bank sektoruna 40 mln. ABŞ dolları ayrılıb. Bu vəsait səkkiz bank tərəfindən kiçik və orta sahibkarlığın inkişafı üçün təqdim edilib.

Onun sözlərinə görə, AYİB əlavə 40 mln. ABŞ dollarının verilməsi haqqında qərar qəbul edib və artıq Azərbaycanın 2 maliyyə institutu - Rabitəbank və qeyri-bank kredit təşkilatı Finca-Azerbaijan bu proqrama qoşulub.

"Proqram vəsaitlərinin istifadə olunması banklar tərəfindən kapital bazanın genişlənməsindən asılı olacaq", - deyə o bildirib və bu vəsaitlərdən bankları kapitalına sərmayə qoymaq imkanını da istisna etməyib.

"Bu, bankların özündən, onların işə nə qədər hazır olmalarından asılı olacaq", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti