Noyabrın 20-də axşam İsrail Knessetinin vitse-spikeri Amnon Koen (ŞAS Ultradini partiyası) və deputat Sofa Landver ("İsrail bizim evimizdir") Bakıya gələcək. Bu barədə Trend ə İsrailin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfərdə məqsəd Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının noyabrın 22-23-də Bakıda keçiriləcək iclasında iştirak etməkdən ibarətdir. Səfər çərçivəsində missiyanı Milli Məclisin spikeri Oqtay Əsədov, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Xarici İşlər Nazirliyinin rəhbəri qəbul edəcək.
Bundan başqa, deputatlar Bakıda İsrail filmləri həftəsinə həsr olunmuş tədbirlərdə də iştirak etmək niyyətindədir.