...

Azərbaycan prezidenti məhkəmə və ədliyyə orqanları əməkdaşlarını mükafatlandırıb

Siyasət Materials 20 Noyabr 2006 18:41 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına görə, ədliyyə nazirinin müavini Musayev Toğrula və Zahirov Vilayətə ikinci dərəcəli dövlət ədliyyə müşaviri adı verilib. Trend xəbər verir ki, həmin sərəncamla ədliyyə nazirinin müavini, həbs cəzası xidmətinin rəisi Nazim Ələkbərova ədliyyə general- mayoru adı təltif olunub. Ədliyyə Nazirliyinin baş təşkilat və nəzarət idarəsinin rəisi Azər Cəfərov üçüncü dərəcəli dövlət ədliyyə müşaviri adına layiq görülüb.

Səhiyyə sahəsindəki xidmətlərinə görə Ədliyyə Nazirliyinin baş tibb idarəsinin rəisi, həkim Rafail Mehdiyev əməkdar həkim adı ilə təltif olunub.

Məhkəmə hakimiyyəti orqanlarında uzun illər xidmətinə və hakim vəzifəsinin nümunəvi icrasına, Azərbaycan qanunvericiliyinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Ali məhkəməsinin hakimləri Ağazadə Müzaffər, Həşimov Vidadi, Maqsudov Oqtay, Apelyasiya məhkəməsinin hakimi Mirzəyev Rəhman, Naxçıvan Muxtar Respublikası Ali məhkəməsinin sədri Süleymanov Ramiz, Ədliyyə Nazirliyi baş qanunvericilik idarəsinin rəisi Rəhimova Dilarə "Əməkdar hüquqşünas" adına layiq görülüblər.

Xəbər lenti

Xəbər lenti