...

Yaponiya-Azərbaycan hökümətlərarası komissiya Bakıda öz işinə başlayıb

Siyasət Materials 22 Noyabr 2006 15:17 (UTC +04:00)
Yaponiya-Azərbaycan hökümətlərarası komissiya Bakıda öz işinə başlayıb

Bu gün Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə hökümətlərarası komissiyanın və iqtisadi əməkdaşlıq üzrə Yaponiya-Azərbaycan komitəsinin 4-cü birgə toplantısı Bakıda öz işinə başlayıb. Görüşdə Azərbaycanın nümayəndə heyətinə baş nazirin müavini, AR və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə komissiyanın sədri Abid Şərifov, Yaponiyanın nümayəndə heyətinə isə İTOCHU Corporation şirkətinin vitse-prezidenti, Yaponiya-Azərbaycan əməkdaşlığı komitəsinin sədri Yokoto Akira başçılıq edib.

Qonaqları salamlayan A.Şərifov qeyd edib ki, Azərbaycan və Yaponiya arasında əməkdaşlıq 1991-ci ildə başlayıb. "Uzun illərdən sonra biz nəhayət yenə də görüşdük və bu işdə, o cümlədən iqtisadi əlaqələrin dərinləşməsində başlıca rolu dövlət başçıları oynayıb. Mən hər iki tərəf üçün faylalı layihələrin reallaşdırılmasını təmin etmək üçün komitənin işinin aramız və mütəmadi olmasını istərdim", - deyə baş nazirin müavini qeyd edib.

Yokoto Akiranın sözlərinə görə, komitənin əvvəlki iclası 2001-ci ilin noyabrında Tokioda keçirilib. Bu gün Yaponiyanın nümayəndə heyəti dövlət və özəl sektorun 48 nümayəndəsindən ibarətdir. Komitə sədrinin qeyd etdiyi kimi, hazırda yapon sərmayələrinin həcmi 850 mln. dolları ötür. Sonuncu kredit sazişi 2006-cı ilin may ayında "Şimal" elektrik stansiyasında ikinci buxar-qaz qurğusunun tikinti layihəsi üzrə imzalanıb. Yokoto Akira bildirib ki, 2005-ci ilin yekunlarına görə, ölkələr arasında əmtəə dövriyyəsinin həcmi 6,4% artıb.

Xəbər lenti

Xəbər lenti