Azərbaycan prezidenti İlham Əliyev noyabrın 22-də Rusiya Federasiyasında yaşayan Azərbaycan vətəndaşlarının problemlərinin həlli ilə bağlı sərəncam imzalayıb. Sərəncamda deyilir: "Rusiya Federasiyası hökumətinin 15 noyabr 2006-cı il tarixli, 683 nömrəli qərarına əsasən, 2007-ci il yanvarın 15-dən ölkə ərazisində miqranların ticarətlə məşğul olmasına məhdudiyyət qoyulur. Qərar müvafiq olaraq bu ölkədə ticarətlə məşğul olan çoxsaylı Azərbaycan vətəndaşlarına da şamil olunacaq".
Trend AzTV-yə istinadən xəbər verir ki, bunu nəzərə alaraq ölkə prezidenti RF ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin öyrənilməsi və həlli məqsədilə Dövlət Komissiyası yaradılmasını qərara alıb.
Baş nazirin birinci müavini Yaqub Əyyubov Dövlət Komissiyasının sədri, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadi inkişaf naziri Heydər Babayev, əmək və əhalinin sosial müdafiəsi nazi Füzuli Ələkbərov, daxili işlər naziri Ramil Usubov, nəqliyyat naziri Ziya Məmmədov, kənd təsərrüfatı naziri İsmət Abbasov, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılırla İş üzrə Dövlət Komitəsinin sərdi Nazim İbarhimov, Prezidentin İcra Aparatı regional idarətetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, Prezidentin İcra Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Prezidentin İcra Aparatı xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycanlıları Konqresinin sədri Məmmədəliyev komissiyanın üzvləri təyin olunublar. Komissiyaya bir ay müddətində tədbirlər hazırlayıb həyata keçirmək və görülmüş işlər haqqında Azərbpycan prezidentinə mütəmadi məlumat vermək tapşırılıb.