...

Azərbaycan Prezidenti Bolqarıstan Xalq Məclisinin sədrini qəbul edib

Siyasət Materials 23 Noyabr 2006 17:56 (UTC +04:00)

Noyabrın 23-də Azərbaycanın Prezidenti İlham Əliyev Prezident sarayında Bolqarıstan Respublikası Parlamentinin - Xalq Məclisinin sədri Georgi Pirinskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Trend xəbər verir ki, görüşdə hər iki tərəf Azərbaycanla Bolqarıstan arasında münasibətlərin uğurla inkişaf etdirildiyini vurğulayıb.

Prezident İ.Əliyev qeyd edib ki, Bolqarıstan Prezidenti Georgi Pırvanovla keçirilən görüşlər ikitərəfli əlaqələrin genişləndirilməsi işinə mühüm töhfə verib. İki ölkənin parlamentləri arasında əməkdaşlığın əhəmiyyətinə toxunan Prezident İlham Əliyev indiki səfərin əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm rol oynayacağına əmin olduğunu bildirib.

Georgi Pirinski Azərbaycana Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin iclasında iştirak etmək üçün gəldiklərini qeyd edərək, səfər çərçivəsində ikitərəfli görüşlərin də keçirildiyini bildirib. Azərbaycan və Bolqarıstanın dövlət başçılarının qarşılıqlı səfərlərini xatırladan qonaq bu səfərlərin iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsində xüsusi rol oynadığını vurğulayıb. O, ölkələrimizin bütün sahələrdə əməkdaşlığının, o cümlədən parlamentlərarası əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti