...

Aleksandr Maslyakov: Bakının KVN komandaları çox parlaq, dinamik və hazırcavabdır

Siyasət Materials 24 Noyabr 2006 13:05 (UTC +04:00)
Aleksandr Maslyakov: Bakının KVN komandaları çox parlaq, dinamik və hazırcavabdır

"Bu gün KVN yaşa dolub. Buna baxmayaraq o, yenə də gənc və istedadlı nəslin müntəzəm axını ilə cəlbedici və qüdrətlidir". Bu barədə Trend in xüsusi müxbirinə "Şən və hazıcavablar" Beynəlxalq Klubunun prezidenti Aleksandr Maslyakov klubun 45 illik yubileyini şərh edərkən bildirib.

"KVN televiziya oyunu kimi yaradılıb və 45 il televiziya verilişi üçün böyük müddətdir. Hətta bizim yubiley bayramımızda iştirak edən Rusiya prezidenti V.Putin qeyd edib ki, bu, dünya televiziya praktikasında misilsiz hadisədir. Biz çox şadıq ki, bununla digərlərindən fərqlənirik. KVN oyun yox, həyat tərzidir", - deyə o bildirib.

Aleksandr Maslyakov onu da əlavə edib ki, Yuli Qusman və Anar Məmmədxanovun komandasındakı bakılı oğlanlar onun xatirində çox parlaq, dinamik və hazırcavab insanlar kimi qalıb. "Bu uşaqlar komandaya toplaşanda onlara müqavimət göstərmək çətin idi. Hətta bir müddət keçdikdən sonra biz 10 məşhur və ən yaxşı KVN komandalarının və "Bakılı oğlanlar"ın iştirakı ilə turnir təşkil edəndə də bakılı oğlanlar bu turnirdə layiqli və parlaq qələbə qazanmışdı. Beynəlxalq KVN Birliyində bakılı oğlanların özəl və müqəddəs yeri var və bu yeri doldurmaq lazımdır. Yaxşı yumor hissinə malik gənc insanlar hər yerdə doğulur və bu ənənəni davam etdirmək lazımdır", - deyə A.Maslyakov vurğulayıb.

Milli Məclisin deputatı, "Bakılı oğlanlar" komandasının keçmiş kapitanı Anar Məmmədxanov bildirib ki, Bakının KVN komandası 1967 və 1970-ci, daha sonra 1992-93 illərdə çempion olub. 1995-ci ildə Superkuboku qazanıb, 2000-ci ildə isə əsrin çempionu olub. "Mən çox şadam ki, Bakı komandası vaxtilə bu cür nailiyyətlər əldə edib. Bununla belə, bu gün yeni KVN komandasının yaradılmasına ehtiyac var. Bu cür komandalar mövcuddur. Ancaq onları təşkil etmək və Bakıda bu ənənəni dirçəltmək lazımdır. 5 illik fasilədən sonra əsas məqsəd gənc və istedadlı insanları toplamaq və 1-2 il ərzində digər komandalar arasında layiqli yer tutmağa qadir əsl komanda yaratmaqdan ibarətdir", - deyə o bildirib.

A.Məmmədxanov vaxtilə böyük təzyiqə baxmayaraq, məsuliyyəti öz üzərinə götürərək, Bakı komandasını (öz növbəsində, oğlanlarımızın birinci olduğunu hamıya sübut etmiş) səhnəyə çıxarmış A.Maslyakova dərin təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti