...

Azərbaycan prezidenti İSESCO-nun baş direktorunu qəbul edib

Siyasət Materials 24 Noyabr 2006 16:56 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev ISESCO - islam ölkələrinin elm, təhsil və mədəniyyət təşkilatının baş direktoru, doktor Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib.

ISESCO rəhbəri islam ölkələri təhsil nazirlərinin növbəti görüşünün Bakıda keçirilməsinə razılıq verdiyi üçün dövlət başçısına təşəkkür edib. O, İlham Əliyevi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya İSESCO-nun Xoşməramlı Səfiri adının verilməsi münasibətilə təbrik edib.

Prezident İlham Əliyev Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirdiyinə görə ISESCO-nun baş direktoruna təşəkkürünü bildirib. Dövlət başçısı islam ölkələri təhsil nazirlərinin növbəti görüşünün Bakıda keçirilməsinə böyük əhəmiyyət verib. Onun fikrincə, bu qədər mühüm tədbirin Bakıda keçirilməsi Azərbaycanın islam ölkələri ilə əməkdaşlığının inkişafında mühüm rol oynayacaq.

Xəbər lenti

Xəbər lenti