MDB Xarici işlər nazirləri şurasının (XİNŞ) növbəti toplantısı 2007-ci ilin yazında Qazaxıstan paytaxtında keçiriləcək. RF XİN-in informasiya və mətbuat departamenti xəbər verib ki, bu qərar Birliyin XİNŞ-in bazar ertəsi Minskdə keçirilən toplantısında qəbul olunub.
Trend RİA Novosti-yə istinadən xəbər verir ki, görüşün gündəliyində mərkəzi yeri MDB orqanlarının gələcək təkmilləşdirilməsi və dəyişdirilməsi məsələləri tutub. "Xarici siyasət idarələrinin başçıları MDB Dövlət başçıları şurasının (DBŞ) müvafiq qərar layihəsini təqdir edib", - deyə məlumatda qeyd olunub.
Toplantıda həmçinin MDB Dövlət başçıları şurasının noyabrın 28-də keçiriləcək toplantısının gündəliyi də təsdiq olunub.