Erməni millətinin nümayəndələrindən Abxaziyada gürcülərə qarşı törədilən cinayətlərdə iştirak edib-etməmələrini öyrənmək lazımdır və bu, dəqiq şəkildə izlənilir. Bu barədə Trend in Tbilisidəki xüsusi müxbirinə Gürcüstan Milli akademiyasının üzvü, filologiya elmləri doktoru Vladimir Zaridze Gürcüstan Milli Assambleyasının üzvlərinin ölkə prezidentinə müraciətini şərh edərkən bildirib. Müraciətdə ermənilərin Gürcüstanda törətdikləri soyqırımı etiraf etmələri tələb olunur.
Xatırladaq ki, alim və ziyalı nümayəndələrin daxil olduğu Gürcüstan Milli assambleyasının 60 üzvü prezident Mixail Saakaşviliyə ermənilərin Gürcüstanda törətdikləri soyqırımı etiraf etmələri tələbi ilə müraciət ediblər. Müraciətdə qeyd olunub ki, 1993-cü ildə "Baqramyan" hərbi formalaşması abxazlarla birgə gürcü ordusuna qarşı müharibə edib, nəticədə Abxaziyada yaşayan gürcülər öldürülüb. "Ermənilərin çar Rusiyası tərəfindən Cavaxetiyə (Gürcüstan) köçürülməsindən əvvəl həmin rayonda erməni yaşamırdı. Lakin bu gün Cavaxetiya Ermənistanın tərkibində göstərilir. Ermənilərin Cavaxetiya ərazisindəki gürcü abidələrini korlayaraq, onları özlərinki kimi təqdim edirlər. Bütün bunlar sistematik xarakter daşıyır və ona görə də gürcü xalqına qarşı soyqırım kimi tanınmalıdır", - deyə müraciətdə qeyd olunub.
V.Zaridzenin sözlərinə görə, əgər o, prezidentə müraciətdən xəbər tutsaydı, o zaman müraciəti məmnuniyyətlə imzalayardı. Alim bildirib ki, ermənilərdən başqa gürcülərə qarşı ruslar və türklər də müxtəlif üsullarla müharibə edib və indiyədək də müharibə aparır. Gürcülərə qarşı cinayətkar fəaliyyət haqqında Vladimir Zaridze "Abxaziya" köçürülməsinin 1260 illiyinə həsr olunmuş və "İtirilmiş əraziləri necə qaytarmaq olar" adlanan kitabında şərh edir.