...

Bəxtiyar Əliyev: Təhsildə korrupsiyaya görə rüşvət alan və verən şəxslər məsuliyyətə cəlb olunmalıdır

Siyasət Materials 29 Noyabr 2006 13:22 (UTC +04:00)
Bəxtiyar Əliyev: Təhsildə korrupsiyaya görə rüşvət alan və verən şəxslər məsuliyyətə cəlb olunmalıdır

"Bugünədək 80-nə qədər korrupsiya faktına baxılıb". Trend in xəbər verdiyi kimi, bu barədə Korrupsiya ilə Mübarizə Komissiyasının üzvü, deputat Bəxtiyar Əliyev bəyan edib.

O qeyd edib ki, bu işlər müxtəlif sahələri əhatə edir və cəza nəzərdə tutur. Bununla yanaşı, inzibati ölçülər də götürülür. Bu, təkcə rüşvətxorluq faktları ilə deyil, həm də nüfuzdan, xidməti səlahiyyətlərdən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, bu səlahiyyətlərdən istifadə edərək kiməsə kömək etmə faktları ilə də bağlıdır.

B.Əliyev bildirib ki, təhsildə korrupsiya ilə bağlı bir neçə iş artıq başa çatıb və məhkəmə bu məsələ üzrə 5 qərar çıxarıb. Komissiya nümayəndəsi təhsil sahəsində rüşvət verənin məsuliyyətini ciddi problem kimi qeyd edib. O hesab edir ki, təhsildə korrupsiyaya görə hər iki tərəf - həm rüşvət verən, həm də alan məsuliyyətə cəlb olunmalıdır.

Deputat əmindir ki, yalnız bu halda cəmiyyətin korrupsiya ilə mübarizəsinə qarşı müqaviməti gücləndirmək olar.

Xəbər lenti

Xəbər lenti