...

Rumınya səfiri: "Rumınya və Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün potensial var"

Siyasət Materials 30 Noyabr 2006 20:58 (UTC +04:00)
Rumınya səfiri: "Rumınya və Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün potensial var"

Rumınya və Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün potensial var. Trend məlumat verir ki, bu haqda noyabrın 30-da Bakıda Rumınya milli bayramının - Birləşmə gününün qeyd olunması ilə bağlı təşkil olunmuş qəbulda Rumınyanın Azərbaycandakı səfiri Nikolay Urek bildirib.

Diplomatın sözlərinə görə, iki dövlət arasında bir çox sahələrdə çox möhkəm əməkdaşlıq qurulub və bir çox sahələrdə ikitərəfli sazişlər imzalanıb.

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bəyan edib ki, ikitərəfli münasibətlərin əsası Azərbaycan prezidenti Heydər Əliyevin 1995-ci ildə Buxarestə ilk rəsmi səfəri zamanı qoyulub. Onun sözlərinə görə, siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələr inkişaf edir, ölkələrin mövqeyi beynəlxalq təşkilatlar çərçivəsində də üst-üstə düşür. Ümumiyyətlə, iki dövlət arasında 113 sənəd imzalanıb və bu yolla əlaqələrin inkişafı üçün möhkəm hüquqi baza var.

Xəbər lenti

Xəbər lenti