...

Dekabrın 5-də AXCP-nin müşavirəsi keçiriləcək

Siyasət Materials 4 Dekabr 2006 17:49 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) dekabrın 5-də geniş tərkibli müşavirəsi keçiriləcək. Bu barədə Trend ə AXCP-dən məlumat verilib.

Partiyanın Rəyasət Heyətinin toplantısında Bakı şəhər şöbələrinin və partiya fəallarının iştirakı ilə müşavirə keçirilməsi qərara alınıb. Toplantıda ölkədəki ictimai-siyasi durum, söz azadlığı sahəsindəki vəziyyət, siyasi partiyalarla əlaqələrin genişlənqdirilməsi məsələləri də müzakirə olunacaq.

Qeyd edək ki, müxalifəti təmsil edən AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000-ci ilə qədər sədri Azərbaycanın eks-prezidenti, milli azadlıq hərəkatının lideri, mərhum Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi Əli Kərimli sədrlik edir.

Xəbər lenti

Xəbər lenti