...

Deputatlar Bərdəki N saylı hərbi hissədə olublar

Siyasət Materials 6 Dekabr 2006 14:14 (UTC +04:00)

Dekabrın 6-da səhər cəbhə bölgəsinə gələn deputatların səfəri davam edir. Trend in deputatları müşayiət edən müxbiri xəbər verir ki, onlar Bərdədə yerləşən N saylı hərbi hissənin gərargahına baş çəkiblər. Hərbi hissəyə gələn deputatları hərbi hissənin komandiri, general -mayor Nizam Osmanov və hərbi hissənin tərbiyə işləri şöbəsinin rəisi, polkovnik Rəhim Səmədov qarşılayıblar.

Millət vəkilləri burada general-mayor Nizam Osmanovla görüşüblər. General hərbi hissə və əsgərlərin döyüş hazırlığı barədə deputatlara məlumat verib. Daha sonra "Şərəf otağına" baş çəkən deputatlar burada xatirə dəftərinə ürək sözlərini və arzularını yazıblar. Daha sonra hərbi hissənin həyətində ümmümilli lider Heydər Əliyevin büstünün önünə əklil və gül dəstələri qoyublar.

Deputatların cəbhə bölgəsinə səfəri davam edir.

Xatırladaq ki, cəbhə bölcəsinə səfər edən deputat qrupunun tərkibinə millət vəkilləri Elmira Axundova, Lalə Abbasova, Vahid Əhmədov, Fəzail Ağamalı, Aydın Həsənov və Tahir Rzayev daxildir.

Deputatları bir qrup jurnalist müşayiət edir.

Xəbər lenti

Xəbər lenti