...

YAP rəhbərliyi Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirib

Siyasət Materials 11 Dekabr 2006 15:21 (UTC +04:00)

Bu gün - dekabrın 11-də Azərbaycanın eks-prezidenti mərhum Heydər Əliyevin vəfatının ildöünümü ilə əlaqədar anım tədbiri keçirilib. Trend in məlumatına görə, əvvəlcə hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi və fəalları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.

Sonra Rəşid Behbudov adına Mahnı Teatrında Heydər Əliyevin xatirəsinə həsr olunmuş mərasim keçirilib. Tədirdə YAP-ın sədr müavini və icra katibi, millət vəkili Əli Əhmədov, partiyanın İdarə Heyətinin üzvü, parlamentin komissiya sədri Arif Rəhimzadə, YAP Siyasi Şurasının üzvləri- baş nazirin müavini Əli Həsənov, Dilruba Camalova, millət vəkili Fəttah Heydərov çıxış edərək H.Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı dövrləri haqqında danışıblar. Natiqlər H.Əliyevlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Sabah - dekabrın 12-də isə prezident İlham Əliyev və hökumət nümayəndələri Fəxri Xiyabanda Heyər Əliyevin məzarını ziyarət edəcək.

Qeyd edək ki, YAP-ın qurucusu və ilk sədri, 1993-cü ildə Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlmiş Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.

Xəbər lenti

Xəbər lenti