...

Azadlıq Partiyasının sədri: "Keçmiş DAB-dakı partiyalarla mövqelərimizdəki fərqlər yenidən bir yerdə olmağımıza əngəl yaradır"

Siyasət Materials 13 Dekabr 2006 13:14 (UTC +04:00)

Demokratik Azərbaycan Bloku (DAB) buraxılandan sonra burada birləşmiş partiyalar arasında əməkdaşlıq da sona çatıb. Bu barədə Trend ə həmin blokda təmsil ounmuş Azadlıq Partiyasının sədri Əhməd Oruc açıqlama verib.

Qeyd edək ki, ötən ilin parlament seçkilərində iştirak məqsədilə 4 müxalifətçi siyasi partiya tərəfindən yaradılmış Demokratik Azərbaycan Blokunun fəaliyyəti bu il təkrar parlament seçkilərindən sonra dayandırıldı. Əhməd Oruc qeyd edib ki, blok buraxıldıqdan sonra partiyalar arasında əməkdaşlıq da mövcud deyil: "Parlament seçkiləri başa çatdıqdan sonra blok üzvlərinin seçkilərin nəticələrinə birgə qiymət verməsi, vahid mövqedə dayanması mümkün olmadı. Fikirlər, mövqelər fərqləndi. Məsələn, Vətəndaş Həmrəyliyi Partiyası ilə Ədalət Partiyası hesab etdi ki, seçkilər o qədər qə qeyri-demokratik keçməyib. Bu partiyalar həm də hakimiyyətə loyal münasibət nümayiş etdirdilər. Ona görə qərara gəldik ki, əgər bir blokun üzvləri vahid mövqe göstərə bilmirlərsə, onda blokun yaşamasına da ehtiyac yoxdur".

Əhməd Oruc qeyd edib ki, keçmiş blokdakı partiyaların rəhbərlərinin bir-biri ilə normal şəxsi münasibətləri olsa da, siyasi mövqelərindəki fərqlər onların yenidən bir yerdə olmasına, bir blok halında birləşməsinə əngəl yaradır.

Xatırladaq ki, müxalifətçi Demokratik Azərbaycan Blokunda təmsil olunan 4 partiyadan ikisi - Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və Ədalət Partiyasının sədri İlyas İsmayılov parlament seçkilərində qalib gələrək deputat seçiliblər. Blokun digər iki üzvü - Azadlıq və Vahid Azərbaycan Milli Birlik Partiyası isə seçkidə heç bir yer qazanmayıb.

Xəbər lenti

Xəbər lenti