...

Nazir müavini: Azərbaycan Türkmənistanla münasibətlərin inkişafının tərəfdarıdır

Siyasət Materials 15 Dekabr 2006 13:27 (UTC +04:00)
Nazir müavini: Azərbaycan Türkmənistanla münasibətlərin inkişafının tərəfdarıdır

Azərbaycan Türkmənistanla münasibətlərin inkişafının tərəfdarıdır. Trend xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bu ölkənin Bakıdakı səfirliyinin fəaliyyətinin bərpa olunması məsələsini şərh edərkən bildirib.

X.Xələfov xatırladıb ki, vaxtilə Türkmənistan höküməti maliyyə problemləri ilə bağlı Azərbaycanda öz səfirliyinin fəaliyyətini dayandırıb və onu Aşqabada köçürüb. Lakin buna baxmayaraq, Azərbaycanın Türkmənistandakı səfirliyinin fəaliyyəti indiyə qədər davam edir.

Nazir müavini bildirib ki, Azərbaycan yalnız Türkmənistanda münasibətlərin hazırki səviyyədə saxlanmasının tərəfdarı deyil, həm də bu münasibətlərin inkaşaf etməsini istəyir və bunun üçün çalışır.

"Türkmənistanla bütün rəsmi görüşlərdə bu məsələ qaldırılır. Mən özüm şəxsən bu məsələni Türkmənistanın XİN başçısı ilə müzakirə etdim. Azərbaycanın bu məsələnin həlli üçün iradəsi var və mən düşünürəm ki, Azərbaycanda və Türkmənistan arasında ciddi problemlər yoxdur, münasibətlərin inkişafı üçün potensial var. Düşünürəm ki, yaxın gələcəkdə bu münasibətlər daha yüksək səviyyədə inkişaf edəcəklər", - deyə X.Xələfov bildirib.

Xəbər lenti

Xəbər lenti