...

Azərbaycan prezidenti ABŞ dövlət katibinin müşavirini qəbul edib

Siyasət Materials 18 Dekabr 2006 15:04 (UTC +04:00)

Azərbaycan Prezidenti İham Əliyev ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri ürə müşaviri Barri Louenkronu qəbul edib. Bu barədə Trend xəbər verir.

İkitərəfli münasibətlərin səviyyəsindən məmnunluğunu bildirən dövlət başçısı ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev bu münasibətlərin bundan sonra da inkişaf edəcəyi və genişlənəcəyindən əmin olduğunu bildirib.

B.Louenkron qeyd edib ki, ABŞ və Azərbaycan arasında siyasi, iqtisadi, təhlükəsizlik, enerji, demokratikləşmə və digər sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Diplomat həmçinin Azərbaycan prezidentinin ABŞ -a rəsmi səfərindən sonra ikitərəfli münasibətlərdə müəyyən irəliləyişin olduğunu bildirib. Görüşdə iki ölkənin ikitərəfli münasibətlərinin bir sıra məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti