...

Prezident Trayan Basesku: "Rumıniya Azərbaycanı strateji partnyoru hesab edir"

Siyasət Materials 20 Dekabr 2006 15:06 (UTC +04:00)
Prezident Trayan Basesku: "Rumıniya Azərbaycanı strateji partnyoru hesab edir"

Rumıniya Azərbaycanı strateji partnyoru hesab edir. Bunu Rumıniya prezidenti Trayan Basesku Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşündə xüsusi vurğulayıb. Bu barədə Trend ə Azərbaycanın Rumıniyadakı səfirliyinin məsləhtçisi Tural Rzayev Azərbaycanın parlament rəhbərinin Buxarestə səfəri ilə bağlı şərh verərkən söyləyib. Görüşdə Rumıniyan prezidenti Avropa Birliyinin iclasını xatırlıdıb ki, bu iclasda o, AB-ni Azərbaycanla energetika sahəsində əməkdaşlığa və bu Cənubi Qafqaz ölkəsinin hərtərəfli inkişafına diqqətlə yanaşmağa çağırıb.

"Rumıniya Avropada yeganə ölkədir ki, birmənalı olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir, amma bir çox Avropa dövlətləri problem barədə öz fikirlərini çox ehtiyatla, AB-nin neytral münasibətini əks etdirərək ifadə edir. Rumıniya beynəlxalq prinsiplər və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü çərçivəsində münaqişənin həllinə söykənən öz mövqeyini açıq ifadə edir", - deyə T. Rzayev qeyd edib.

Səfər çərçivəsində Azərbaycan parlamentariləri Rumıniyadakı Azərbaycan diasporası ilə görüşüblər. Görüşdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Gənclik və mədəniyyət assosiasiyaları, Azərbaycan-Rumıniya ticarət palatası və Rumıniya ziyalılarının təmsilçiləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti