Azərbaycanın Şahdəniz yatağından 2007-ci il üçün qaz tədarükündə Gürcüstanın payı barədə məsələnin yekun həlli üçün bazar ertəsi Gürcüstanın baş naziri Zurab Noqaideli Bakıya gəlir. Bu barədə Trend in xüsusi müxbiri Tiflisdən xəbər verir.
Gürcüstanın hökümət rəhbərinin bu gün brifinqdə bəyan etdiyi kimi, Gürcüstanın 2007-ci ildə əsas qaz təhcizatçısı Azərbaycan olacaq.
"Bütün hüquqi məsələlər artıq nizama salınıb, bazar ertəsi mən yekun texniki məsələləri dəqiqləşdirmək üçün Azərbaycana gedirəm" - deyə Noqaideli qeyd edib.
Gürcüstan Azərbaycandan 1,1 mlrd kub metr qaz almaq, qalan çatışmayan 700-800 mln kub metri isə Rusiyadan və İrandan alınan qazın hesabına doldurmaq niyyətindədir.