...

Gəncənin İmamzadə qəbiristanlığında oğurluq edən iki nəfər barəsində cinayət işi açılıb

Siyasət Materials 9 Yanvar 2007 18:29 (UTC +04:00)

Gəncənin İmamzadə qəbiristanlığında oğurluq edən iki nəfər yaxalanıb. Bu barədə məlumat Trendə Gəncə şəhər Polis İdarəsindən verilib.

İdarənin istintaq şöbəsinin rəisi Siyavuş Sadıqovun verdiyi məlumata görə, oğurluq edən şəxslər 1988-ci il təvəllüdlü Abdullayev Bəxtiyar Allahyar oğlu və 1984-cü il təvəllüdlü Rəsulov Sərdar Məhərrəm oğludur. Onlar yanvarın 8-də saat 2 radələrində qəbiristanlıqdan metal güldanları və şamdanları oğurlayan zaman yaxalanıblar.

Polis İdarəsindən bildirdilər ki, Rəsulov Sərdar Məhərrəm oğlu əvvəllər elektrik naqillərinin oğurlanması ilə bağlı məhkum olunub və hazırda da şərti cəza çəkir.

Saxlanılan şəxslər bildiriblər ki, onlar oğurladıqları güldan və şamdanları metal qəbulu sexlərinə satıblar.

Abdullayev Bəxtiyar və Rəsulov Sərdar barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti