Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Azərbaycanın daxili işlər naziri Ramil Usubovu qəbul edib. Türkiyə Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına istinadən Trend xəbər verir ki, görüş 45 dəqiqə sürüb, görüşdə Türkiyə DİN rəhbəri Abdulkadir Aksu da iştirak edib, məhz onun rəsmi dəvəti ilə Azərbaycan DİN rəhbəri Ankarada səfərdədir.
Danışıqlar çərçivəsində təhlükəsizlik sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığının möhkəmləndiriməsi, eləcə də iki dost ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib.