...

Azərbaycan XİN: Bakı işğal olunmuş ərazilərdə yanğının nəticələrinin aradan qaldırılması məqsədilə ekoloji missiyanın həyata keçirilməsini məqsədəuyğun hesab edir

Siyasət Materials 12 Yanvar 2007 18:34 (UTC +04:00)

Rəsmi Bakı Azərbaycanın işğal olunmuş ərazilərində yanğının nəticələrinin aradan qaldırılması məqsədilə ekoloji missiyanın həyata keçirilməsini məqsədəuyğun hesab edir. Bu barədə Trend ə Azərbaycan XİN-in İnformasiya siyasəti və mətbuat idarəsinin birinci katibi Xəzər İbrahim məlumat verib.

Onun sözlərinə görə, ATƏT-in qiymətləndirmə missiyası Azərbaycanın işğal olunmuş ərazilərində baş vermiş yanğınlardan sonra vəziyyətin qiymətləndirilməsi ilə bağlı bölgəyə etdikləri səfərlərinin yekunları üzrə hesabatını hazırlayıb və açıqlayıb. Məruzədə qeyd olunub ki, yanğın bölgədə ekoloji sistemə və humanitar vəziyyətə böyük ziyan vurub. "Orada həmçinin qeyd olunub ki, yanğınların səbəbi, faktiki olaraq, insan təsiri olub", - deyə X.İbrahim bildirib və əlavə edib ki, "ona görə də biz bu qiymətləndirmədən sonra yanğının nəticələrinin aradan qaldırılması üçün ekoloji missiyanın həyata keçirilməsini məqsədəuyğun hesab edirik".

Diplomat əlavə edib ki, qiymətləndirmə missiyasının səfəri kimi, ekoloji missiyanın həyata keçirilməsi də BMT Baş Assambleyasının 60-cı sessiyasının qətnaməsinin tələblərindən irəli gəlir.

Xəbər lenti

Xəbər lenti