...

Prezident İcra aparatının şöbə müdiri: Azərbaycan Rusiya ərazisində olan vətəndaşlarla bağlı bütün məsələləri həll etməyə hazırdır

Siyasət Materials 15 Yanvar 2007 13:46 (UTC +04:00)
Prezident İcra aparatının şöbə müdiri: Azərbaycan Rusiya ərazisində olan vətəndaşlarla bağlı bütün məsələləri həll etməyə hazırdır

Azərbaycan Rusiya ərazisində olan vətəndaşlarla bağlı bütün məsələləri həll etməyə hazırdır və heç bir fövqəladə vəziyyətin olacağı gözlənilmir. Bu barədə Azərbaycan prezidenti İcra aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Trend ə eksklüziv olaraq məlumat verib.

O xatırladıb ki, Rusiya ərazisində olan azərbaycanlıların problemləri ilə məşğul olan komissiya bu ölkənin bütün bölgələrində azərbaycanlı vətəndaşlara operativ yardım üzrə qərargahlar təşkil edib. Soydaşlarımızın təcili surətdə sənədlə təmin olunması üçün lazımi işlər görülür. Onların Rusiyada yaşamasının leqallaşdırılması və qeydiyyatı üçün Azərbaycan Daxili İşlər Nazirliyi və digər lazımi qurumlar tədbirlər həyata keçirir.

O həmçinin bildirib ki, ölkə daxilində bu azərbaycanlıların vətənə qayıtma imkanı ilə bağlı müvafiq işçi qrupları da fəaliyyət göstərir. Bu vətəndaşların qayıtma ehtimallarının böyük olduğu rayonlarda yerləşdirilməsi üçün proqnozlar hazırlanıb.

Ə.Həsənov vurğulayıb ki, bunlar vaxtilə iş tapmadıqlarına görə ölkəni tərk edən azərbaycanlılardır. Onlar əsasən Azərbaycanın kənd və rayon sakinləridir. "Ötən dövrdə Azərbaycanın rayonlarında torpaqlar paylanıb və dövlət torpaqların paylaşdırılması üçün lazımi tədbirlər görüb. Əgər Rusiyada olan azərbaycanlılar öz rayonlarına qayıtsalar, onların işlə təmin olunması və sahibkarlıqla məşğul olmaları üçün hər cür şərait yaradılacaq", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti