...

Rauf Arifoğlu:müxalifət qiymətlərin bahalaşması ilə bağlı etiraz aksiyaları keçirməyə gecikdi"

Siyasət Materials 15 Yanvar 2007 14:51 (UTC +04:00)

"Qiymətlərin bahalaşması məsələsində müxalifət xalqa yardım edə və bu qərara adekvat reaksiya verə bilmədi. Görünür, müxalifət formada deyil". Bu fikirləri Trend ə açıqlamasında müxalifətçi Müsavat Partiyası başqanının keçmiş müavini "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib

O, Müsavat Partiyasının və digər müxalifət qurumlarının gələn həftənin sonuna kütləvi etiraz aksiyaları təyin etməsinə münasibətini bildirərkən qeyd edib ki, bu qərarı verməkdə müxalifət gecikib. R.Arifoğlu hesab edir ki, müxalifət partiyaları ötən həftə etiraz aksiyaları keçirilməli idi. Müsavat funksioneri onu da deyib ki, qiymətlərin bahalaşmasına müxalifət vaxtında adekvat reaksiya versəydi, hökumət qərarını dəyişə bilərdi. Çünki onun fikrincə, qiymət artımı elastik qərardır və hər an dəyişdirilə bilər.

R.Arifoğlu həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin ölkəyə qayıdaraq qiymətləri yenidən aşağı salacağı təqdirdə müxalifətin etiraz tədbirlər keçirməsi çətinləşəcək: "İlham Əliyev insanları öz tərəfdarına çevirmək üçün çox tədbirər görüb və birdən-birə, bir günün içində Tarif Şurasının qərarı ilə Azərbaycan xalqının 70 faizi narazı elektorat halına salındı. Müxalifət bu vəziyyətdən dərhal - qiymət artımı qərarının səhərisi günü istifadə etməli idi. Lakin müxalifət heç olmasa, bir araya gəlib birgə dəyirmi masa belə keçirmədi".

Xəbər lenti

Xəbər lenti