...

Millət vəkili Elmira Axundova: "Azərbaycan prezidentinin Fransaya dövlət səfəri yanvarın 29 – 31-də baş tutacaq"

Siyasət Materials 16 Yanvar 2007 11:56 (UTC +04:00)
Millət vəkili Elmira Axundova: "Azərbaycan prezidentinin Fransaya dövlət səfəri yanvarın 29 – 31-də baş tutacaq"

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Fransaya dövlət səfəri ilə bağlı yüksək səviyyədə hazırlıq işləri görülür. Bu barədə Trend ə ekzklüziv açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Elmira Axundova bildirib.

Xatırladaq ki, Elmira Axundova AŞ PA-nın Qadınlar və kişilər üçün bərabər imkanlar (Gender bərabərliyi) Komitəsinin iclasında iştirak etmək üçün yanvarın 13-dən 16-na qədər Parisdə səfərdə olub.

Millət vəkili qeyd edib ki, prezident İlham Əliyevin Fransaya dövlət səfəri yanvarın 29 - 31-də baş tutacaq.

"Fransanın rəsmi şəxsləri bu səfərin baş tutmasını səbirsizliklə gözləyirlər. Çünki bu iki ölkənin tarixində ilk dövlət səfəridir" - deyə Elmira Axundova qeyd edib.

Onun sözlərinə görə, səfər zamanı Parisin mərkəzi küçəsində iki ölkənin bayraqları asılacaq və Napoleonun dəfn olunduğu "Əlillər evi" adlanan meydanın qarşısında Azərbaycan və Fransa prezidentləri İlham Əliyev və Jak Şirakın iştirakı ilə təntənəli mərasim keçiriləcək.

Xəbər lenti

Xəbər lenti