...

Gəncədə ailə quranların sayı artıb, boşananların sayı isə azalıb.

Siyasət Materials 22 Yanvar 2007 11:51 (UTC +04:00)

Ötən il Gəncədə boşananların sayında azalma var. Bu barədə məlumatı Trend ə Gəncə şəhər Nizami və Kəpəz rayon Vətəndaş Vəziyyətləri Aktları Şöbələrindən bildiriblər.

Şöbələrdən bildiriblər ki, ötən il şəhərdə 2165 nigah bağlanıb. Bu isə 2005-ci illə müqayisədə 138 nigah çoxdur. Belə ki, 2005-ci ildə bu göstərici 2027 olub. Boşanma faktları isə 2005-də 485 olsada, ötən il 389-a enib.

Şöbələrdən verilən digər məlumata görə 2006-ci ildə 3959 körpə dünyaya gəlib. Həmin il isə 1938 nəfər dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti