...

AMİP sədri A.Rüstəmov: "Kütləvi aksiyalarla bağlı bütün müxalifət partiyaları birgə müzakirələr aparmalı idi"

Siyasət Materials 22 Yanvar 2007 14:08 (UTC +04:00)

"Qiymət artımına etiraz olaraq müxalifət partiyalarının təyin etdiyi aksiyalarla bağlı bizimlə heç bir danaşıqlar aparlmayıb. Hesab edirik ki, bu məsələ ilə bağlı bütün partiyalar bir yerə yığılıb birgə müzakirələr aparmalı və əgər ehtiyac olardısa kütləvi aksiyalara dair birgə qərar verilməli idilər". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Milli İslaqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov bildirib.

O qeyd edib ki, AMİP-də də Azərbaycanda enerjidaşıyıcıların və kommunal xidmətlərin qiymətinin bahalaşması ilə əlaqədar partiyanın ali orqanlarının bir neçə toplantısı keçirilib və etiraz bəyanatı verilib. A.Rüstəmovun sözlərinə görə, AMİP kütləvi etiraz aksiyalarının keçirilməsini də lazımlı hesab edir, lakin bunun düşünülmüş, təşkilatlanmış formada həyata keçirilməsinə tərəfdardır: "Belə aksiyalar cəmiyyətin buna necə reaksiya verəcəyi nəzərə alınaraq keçirilməlidir. Birdən-birə ekspromt qərarlar verib, şəhərin mərkəzində izdihamlı aksiyalar olacağı barədə iddialar irəli sürüb, tədbir keçirməyin tərəfdarı deyilik. Biz hesab edirik ki, şəhərin hansı hissəsində keçirilməsindən asılı olmayaraq, bu tədbirlər camaatın rahatlığını pozmamalıdır. Bu gün istənilən ünvanda sərbəst, maneəsiz mtinqlər keçirib əhalini də bura cəlb etməyə imkan yoxdur. Ona görə də kütləvi aksiya keçirmək görüntüsı yaratmaq bizim imicimizə ziyan ola bilər"-deyə A.Rüstəmov vurğulayıb.

A.Rüstəmov onu da qeyd edib ki, nə "Azadlıq" blokunun, nə də Müsavat Partiyasının mitinqlərlə bağlı AMİP-lə heç bir danışıqlar aparmamasına baxmayaraq, partiya rəhbərliyi öz üzvlərinə onların aksiyalarında iştiraka qadağa qoymayıb.

Qeyd edək ki, AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu Etibar Məmmədov 2004-cü ilin sonunadək partiyaya sədrlik edib.

Xəbər lenti

Xəbər lenti