Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi İTV-nin saytının dağıdılması ilə əlaqədar araşdırmalar aparır
Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi (MTN) İctimai Televiziyanın saytının dağıdılması ilə əlaqədar araşdırmalar aparır. Bu barədə Trend ə MTN-nin ictimai əlaqələr idarəsinin rəhbəri Arif Babayev məlumat verib.
A.Babayevin sözlərinə görə, MTN bu istiqamətdə araşdırmaları digər aidiyyatı qurumlarla birgə həyata keçirir.
Qeyd edək ki, erməni xakerləri tərəfindən İTV-nin saytı dağıdılaraq ora hədələyici məlumat yerləşdirilib. Bunu edən şəxs özünü Ermənistanın xüsusi xidmət orqanının əməkdaşı kimi təqdim edib.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də