...

Milli Məclisin sədri: "Azərbaycan dünya dövlətləri, o cümlədən İsraillə əlaqələrin inkişafına maraq göstərir"

Siyasət Materials 23 Yanvar 2007 18:22 (UTC +04:00)

"Azərbaycan dünya dövlətləri, o cümlədən İsraillə əlaqələrin inkişafına maraq göstərir". Parlamentin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, Milli Məclisin sədri Oqtay Əsədov yanvarın 23-də İsrail Knessetinin deputatı Yosef Şaqalı qəbul edərkən belə deyib.

O.Əsədov qeyd edib ki, həyatın müxtəlif sahələrində inkişaf edən əməkdaşlığımız parlamentlər səviyyəsində də uğurla davam etdirilir. "Azərbaycan parlamentində dünyanın müxtəlif ölkələri, həmçinin İsraillə əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Bu qrupların fəaliyyəti informasiya və təcrübə mübadiləsi baxımından çox önəmlidir", - deyə Milli Məclisin sədri bildirib.

Qonaq Azərbaycanda gördüklərindən məmnun olduğunu bildirib. Qeyd edib ki, İsrail parlamenti də Azərbaycanın ali qanunvericilik orqanı ilə əməkdaşlıqda maraqlıdır. Knessetdə Milli Məclislə əməkdaşlıq üzrə dostluq qrupu fəaliyyət göstərir: "Qrupun üzvləri Azərbaycanda baş verən prosesləri diqqətlə izləyir, əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəmirlər."

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Artur Lenk və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti