...

Avropa Birliyinin xüsusi nümayəndəsi: Avropa Birliyinin Qarabağ münaqişəsinin tərəfləri arasında etimad tədbirlərinə yardım etmək imkanını nəzərdən keçirmək niyyəti danışıqların formatının dəyişməsi demək deyil

Siyasət Materials 24 Yanvar 2007 18:24 (UTC +04:00)
Avropa Birliyinin xüsusi nümayəndəsi: Avropa Birliyinin Qarabağ münaqişəsinin tərəfləri arasında etimad tədbirlərinə yardım etmək imkanını nəzərdən keçirmək niyyəti danışıqların formatının dəyişməsi demək deyil

Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ATƏT-i əvəz etmək fikrində deyil və bu problemlə yenə də Minsk qrupu məşğul olacaq. Bu barədə Avropa Birliyinin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Piter Semnebi Trend ə eksklüziv olaraq məlumat verib.

O qeyd edib ki, Avropa Birliyi ATƏT-in Minsk qrupunu tamamilə dəstəkləyir və Avropa Birliyinin Qarabağ münaqişəsinin tərəfləri arasında etimad tədbirlərinə yardım etmək imkanını nəzərdən keçirmək niyyəti danışıqların formatının dəyişməsi demək deyil.

P.Semnebi bildirib ki, Avropa Birliyi Minsk qrupunun səylərini və işini dəstəkləməkdə davam edəcək və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün görüləcək tədbirlər Minsk qrupunun fəaliyyəti çərçivəsində olacaq. "Bu, mənim bölgəyə bu yaxınlarda baş tutacaq səfərim zamanı müzakirə mövzusu olacaq", - deyə o bəyan edib.

Xüsusi nümayəndə həmçinin vurğulayıb ki, Dağlıq Qarabağa səfər etmək niyyətindədir və hazırda dəqiq tarix müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti