...

Fransa səfiri senat tərəfindən "erməni soyqırımı" ilə bağlı qanun layihəsinin qəbul ediləcəyini güman etmir

Siyasət Materials 25 Yanvar 2007 14:16 (UTC +04:00)

"Mən inanmıram ki, Fransa senatı yaxın vaxtlarda Milli Assambleya tərəfindən təklif olunmuş "erməni soyqrımı"nı təkzib etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsinə baxış keçirsin. Trend xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Bernar Dyu Şafo bildirib.

Onun sözlərinə görə, bu vaxta qədər məsələ senatın gündəliyinə belə daxil edilməyib. Ölkədə seçkiqabağı dövrün başlaması nəzərə alınaraq bu qanun layihəsinin müzakirə və qəbul edilməsini gözləmək düz olmazdı. O əlavə edib ki, bu qanun layihəsinin üstündən vaxt da ötdüyü üçün onun qəbul edilməsi şansları azalır.

Xəbər lenti

Xəbər lenti