...

Azərbaycanın 1 600 dövlət və özəl obyekti DİN-in mühafizəsi altındadır

Siyasət Materials 25 Yanvar 2007 17:34 (UTC +04:00)

Hazırda Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsi 1 600 dövlət və özəl obyektləri qoruyur. Bu barədə Trend ə texniki təchizat şöbəsinin rəisi Yusif Ağarzayev məlumat verib.

Onun sözlərinə görə, onlardan 152-si mənzil, 301-i bank və filiallar, 446-sı valyuta mübadiləsi məntəqələri, 13-ü muzeylər, 1-i qaraj və digər müəssisələrdir. Mühafizə idarəsinin əsas vəzifəsi sifarişsilərin yerlərinin texniki avadanlıqla təchiz olunması və sonra xüsusi simsiz və simli siqnalizasiyanın köməyi ilə onların mühafizə olunmasından ibarətdir. Onlar həm internet, mobil telefona qoşulma, həm də birbaşa qoşulma vasitəsilə idarə olunurlar. Kənar şəxslərin daxil olması zamanı siqnalizasiya işə düşür və təxminən üç dəqiqədən sonra polis hadisə yerinə gəlir.

Bu gün Bakının doqquz rayonunda müəssisələrin mühafizəsi üçün üç növdə sistemdən istifadə olunur. Onlardan biri Neva sistemidir və bu sistem tezliklə tamamilə istismardan çıxacaq. Onu daha da təkmilləşdirilmiş sistem növləri əvəz edəcək. Bu sistemlər hətta cərəyan kəsilən zaman da işləməyə qadirdirlər.

Qeyd edək ki, bütün mühafizə olunan müəssisələr üç kateqoriyaya bölünür. Birinci kateqoriyaya aid olanlar müəssisənin qorunmasının 1 saatına görə 14 qəpik, ikinci kateqoriyadan olanlar - 12 qəpik, 3-cü kateqoriyadan olanlar isə - 8 qəpik ödəməlidirlər.

Xəbər lenti

Xəbər lenti