...

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bu gün Bakıya qayıdır

Siyasət Materials 27 Yanvar 2007 13:13 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında iştirak edən Azərbaycanın qurumdakı numayəndə heyətinin üzvləri yanvarın 27-də axşam saat 21.10-da Bakıya qayıdacaqlar. Bu barədə Trend xəbər verir.

Qeyd edək ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri qurumun qış sessiyasında iştirak etmək üçün yanvarın 20-də Strasburqa gediblər.

Yanvarın 22-də Strasburqda öz işinə başlayan AŞPA-nın qış sessiyası ayın 26-da başa çatıb.

Sessiyada Azərbaycanı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu təmsil edib. Nümayəndə heyətinin tərkibinə deputatlardan Gültəkin Hacıyeva, Rafael Hüseynov, Qənirə Paşayeva, Sabir Hacıyev, Aydın Mirzəzadə, Aydın Abbasov, Əkrəm Abdullayev, Fəzail İbrahimli və Aynur Quliyeva daxildirlər.

AŞPA-nın qış sessiyasında Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinlənilib, enerji ehtiyatlarından siyasi təzyiq vasitəsi kimi istifadə olunması təhlükəsi, Avropada kənd təsərrüfatı və qanunsuz işəgötürmə, Kosovada vəziyyət, quruma üzv bir sıra dövlətlər tərəfindən vəzifə və öhdəliklərin yerinə yetirilməsi, uşaqlara qarşı zorakılığın, onların istismarının bütün növlərinin aradan qaldırılması, jurnalistlərin həyatına və ifadə azadlığına təhlükələr və digər mövzular müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti