...

YAP icra katibinin müavini: "ADP-nin radikallıqdan imtina etməsini müsbət qiymətləndiririk"

Siyasət Materials 30 Yanvar 2007 12:37 (UTC +04:00)

"ADP rəhbərliyi və bu partiyada təmsil olunanlar başa düşürlər ki, radikallığın heç bir xeyri yoxdur. Biz ADP-nin radikallıqdan imtina etməsini müsbət qiymətləndiririk". Bu sözləri Trend ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı müxalifətyönlü Azərbaycan Demokrat Partiyasının (ADP) son qərarına münasibət bildirərkən deyib.

Xatırladaq ki, indiyə qədər radikal mövqeyi ilə seçilən müxalifətçi ADP-nin Ali

Məclisi yanvarın 27-də partiyanın siyasi yönümünü dəyişmək haqqında qərar qəbul edib. ADP indən sonra konsturktivlik və dialoq tərəfdarı kimi çıxış edəcək.

M.Qurbanlı qeyd edib ki, ADP-nin qərarı onu göstərir ki, sosial dayaqları zəifləmiş və ümumiliklə, siyasi perespektivini itirmiş partiyalar və radikallıq sıradan çıxmaq üzrədir: "Bu gün belə addımların atılması həm zərurətdən, həm də məcburiyyətən irəli gəlir. Biz bu cür addımları müsbət qarşılayırıq. Ona görə müsbət qarşılamalıyıq ki, nəhayət ki, onlar radikallığın mənasızlığını gec də olsa başa düşməkdədirlər. Hər bir partiyaın konstutuktiv mövqedən çıxış etməsi qanuna uyğundur."

YAP rəsmisi hesab edir ki, digər radikal partiyaların sonu da belə olacaq.

M.Qurbanlı bildirib ki, əgər ADP hər hansı bir məsələ ilə bağlı YAP-a müraciət edərsə, hakim partiya bunu müzakirə edə bilər. "Onlar müraciətlərində nə istədiklərini, YAP-a daxil olmaq, yoxsa hansısa məsələlərlə bağlı bizdən kömək istədiklərini göstərməlidirlər", - deyə YAP rəsmisi əlavə edib.

Azərbaycanda siyasi partiyalar çox olduğunu və belə təşkilatların keçdiyi yolun da həmin partiyanın proqramından, məqsədindən irəli gəldiyini vurğulayan M.Qurbanlı ADP-nin də həmişə radikallıq nümayiş etdirdiyini xatırlatdı.

O qeyd edib ki, ADP-nin YAP-a birləşmək haqqında müraciəti olarsa, bunu müzakirə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti