Azərbaycan enerji sahəsi ilə yanaşı, digər alternativ inkişaf mənbələrini də inkişaf etdirməlidir. Trend xəbər verir ki, bu fikirləri yanvarın 31-də BMT-nin Azərbaycandakı rezident-koordinatoru Marko Borsotti jurnalistlər qarşısında səsləndirib.
Rezident-koordinatr bildirib: "Mən zaman keçdikcə Azərbaycanın enerji ehtiyatlarının tükənəcyindən danışmıram, söhbət qeyri-neft sektorunun, xüsusən alternativ mənbələrin inkişaf etdirilməsinin vacibliyindən gedir". Diplomat hesab edir ki, Azərbaycan hökumətinin əsas vəzifəsi bu strategiyanın səmərəli tətbiqi, insan ehtiyatlarına investisiya yatırılması, informasiya texnologiyaları sahəsində diversifikasiya və azad iqtisadi zonalar yaratmaqla İKT-nin inkişaf etdirilməsi olmalıdır.