...

Milli Məclisin yaz sessiyasında 28 qanun layihəsi müzakirə olunacaq

Siyasət Materials 31 Yanvar 2007 15:09 (UTC +04:00)

Milli Məclisin yaz sessiyasında 28 qanun layihəsi müzakirə olunacaq. Trend in məlumatına görə, bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov yanvarın 31-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müzakirə olunacaq layihələr arasında sosial, iqtisadi, hüquq, təhsil və yerli özünüidarə etmə ilə bağlı qanunlar var.

A.Nəsirov deyib ki, bundan başqa Azərbaycan Respublikası prezidentinin, Ali Məhkəmənin, Respublika Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə müraciət etmək hüququ var. Yaz sessiyasında qanunvericilik təşəbbüsü ilə parlamentə daxil olan qanun layihələri də müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti