Fevralın 5-də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşən İcma İnkişafı Fəaliyyəti Proqramının həyata keçirdiyi yol, məktəb və elektrik layihələrinin açılış mərasimi olacaq. Bu barədə Trend ə ABŞ-ın Akzərbaycandakı səfirliyindən məlumat verilib. Mərasim Mollabürhan icma məktəbinin qarşısında olacaq.
Bu layihələrin icrası Amerika xalqının vəsaiti ilə USAİD-in İcma İnkişafı Fəaliyyəti çərçivəsində "CHF İnternational" təşkilatı və onun yerli tərəfdaşı sayılan "ÜMİD" tərəfindən həyata keçirilib. Bu üç layihə USAİD-in İcma İnkişafı Fəaliyyəti Proqramı çərçivəsində Mollabürhan İcma İnkişaf Şurası tərəfindən prioritet kimi müəyyən olunub. Mollabürhan icmasının sakinləri inanırlar ki, bu layihələrin həyata keşirilməsi yoldan və elektrik enerjisindən istifadəni asanlaşdıracaq, təhsilin səviyyəsini yaxşılaşdıracaq, eləcə də icmanın iqtisadi potensialını artıracaq.