YAP Naxçıvan Şəhər Təşkilatının VI konfransı keçirildi. Trend in Naxçıvan Bürosunun məlumatına görə Naxçıvan şəhər İcra Hakimiyyətində baş tutan tədbir 3 saatdan artıq davam edib.
YAP Naxçıvan şəhər təşkilatının sədri Ələkbər Quliyev hesabat məruzəli çıxışında hazırda təşkilatın 10 182 nəfər üzvü olduğunu, ötən il ərzində şəhər təşkilatına 1796 nəfərin yeni üzvlüyə qəbul olduğunu, onlardan 1237 nəfərin və ya 68,8 %-nin gənclərin təşkil etdiyini bildirib. Onun sözlərinə görə hesabat dövrü ərzində 13 yeni ərazi ilk partiya təşkilatı yaradılıb, partiya səmimiyyətini itirdiyinə görə 1 nəfər partiya sıralarından azad edilib.
Ərazi ilk partiya təşkilatlarının sədrlərinin çıxışından sonra təşkilati məsələlərə baxılıb, nəzarət təftiş komissiyasının, idarə heyətinin və siyasi şuranın yeni tərkibi müəyyənləşdirildi.
Konfransda Ələkbər Quliyev yenidən YAP Naxçıvan Şəhər Təşkilatının sədri çeçildi. Konfrans prezident İlham Əliyevə müraciət qəbul edilməsi ilə öz işini başa çatdırdı.