...

Tbilisinin mərkəzində Heydər Əliyevin memorial lövhəsinin açılışı gözlənilir

Siyasət Materials 6 Fevral 2007 11:34 (UTC +04:00)

Tbilisinin mərkəzi qədim Abanotubani rayonunda Azərbaycanın Eks-prezidenti Heydər Əliyevin adını daşıyacaq prospektin açılışı nəzərdə tutulur, memorial lövhənin təntənəli açılşı da olacaq.

Trend in Tbilisi müxbirinə şəhər abadlıq xidməti rəisi Koba Subeliani bildirib ki, memorial lövhə artıq asfalt döşənmiş, yaxın əraziləri abadlaşdırılmış prospektin başında açılacaq. Prospekt və memorial lövhənin açılışı Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana səfəri zamanı - fevralın 7-də olacaq.

Tbilisi prospektlərindən birinə Heydər Əliyevin adının verilməsi qərarı Gürcüstan paytaxtı şəhər hakimiyyəti tərəfindən qəbul edilib. K.Subeliani bildirib ki, memorial lövhə iki dildə yazılacaq - həm gürcü, həm ingilis dillərində. Prospektin uzunluğu 4 kilometrdir.

Xəbər lenti

Xəbər lenti