...

Azərbaycan və ABŞ iqtisadi tərəfdaşlıq komissiyasının yekunları üzrə bir sıra sənədlər imzaladılar

Siyasət Materials 7 Fevral 2007 17:34 (UTC +04:00)

İqtisadi tərəfdaşlıq üzrə Azərbaycan-Amerika komissiyasının birinci iclası Bakıda öz işini başa çatdırıb. Bu barədə Trend xəbər verir.

İclasın yekunları üzrə aşağıdakı sənədlər imzalanıb:

- birgə rəsmi məlumat,

- Dövlət investisiya siyasəti layihəsi üzrə qarşılıqlı anlaşma haqqında memorandum,

- "Xəzinənin informasiya idarə sistemi" layihəsi üzrə qarşılıqlı anlaşma haqqında memorandum,

- ilkin tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üzrə qarşılıqlı anlaşma haqqında memorandum,

- təcili tibbi yardım üzrə qarşılıqlı anlaşma haqqında memorandum,

- ARDNF institusional inkişaf layihəsi üzrə texniki yardımın II fazası çərçivəsində mal və xidmətlərin alınmasının maliyyələşdirilməsi haqqında qrant sazişi,

- Azərbaycan parlamentinin gücləndirilməsi proqramının icra layihəsi üzrə qarşılıqlı anlaşma haqqında memorandum,

- gömrük sahəsində qarşılıqlı anlaşma haqqında memorandum.

İşçi qrupundan yaradılmış komissiyanın həmsədrləri, Azərbaycan tərəfdən maliyyə naziri Samir Şərifov, Amerika tərəfdən isə - dövlət katibinin müavini Daniel Salivandır.

Xəbər lenti

Xəbər lenti