...

ADP Ali Məclisinin keçmiş üzvü Aydın Quliyev: "Bu gündən etibarən ADP-dəki fəaliyyətimi bərpa edirəm"

Siyasət Materials 12 Fevral 2007 11:38 (UTC +04:00)

"Hesab edirəm ki, mənim Azərbaycan Demokrat Partiyasının sturkturlarının işində fəal iştirak etməyimin vaxtı çatıb. Ona görə də bu gündən etibarən ADP-yə qayıdıram". Bu sözləri Trend ə açıqlamasında müxalifətyönlü Azərbaycan Demokrat Partiyası (ADP) Ali Məclisinin keçmiş üzvü, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

A.Quliyev qeyd edib ki, bir il öncə partiyada yaranmış vəziyyətə etiraz olaraq ADP Ali Məclisindən istefa verdiyini bəyan etsə də, partiya sədri Rəsul Quliyev onun istefasını qəbul etməyib.

"Ona görə də Ali Məclisin üzvü kimi partiyada fəaliyyətimi bərpa etmək hüququmu özümdə saxlayırdım. Hesab edirəm ki, Ali Məclisin üzvü kimi partiyada fəaliyyətimi bərpa etməyimin vaxtı çatıb. Ona görə də Ali Məclisin gələn həftə keçiriləcək iclasına aparılan hazırlıqda mən də fəal iştirak edirəm və Ali Məclisin növbəti iclasına qatılacam", -deyə Aydın Quliyev vurğulayıb.

Xatırladaq ki, ADP Ali Məclisinin 2006-cı ilin fevralın 3-də keçirilən iclasında Aydın Quliyev partiyadan istefa verdiyinə dair bəyanat səsləndirib. Lakin ADP sədri Rəsul Quliyev onun istefasını qəbul etməyib.

Qeyd edək ki, müxalifəti təmsil edən ADP hazırda "Azadlıq" siyasi partiyalar blokunun üzvüdür. 1991-ci ildə yaradılmış ADP-nin sədri, Azərbaycanın eks-spikeri Rəsul Quliyev 1996-cı ildən indiyədək mühacirətdə yaşayır.

Xəbər lenti

Xəbər lenti