Bu gün-fevralın 14-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) 400 mininci üzvünə partiya üzvlüyü vəsiqəsi təqdim olunub. Trendin məlumatına görə, bununla əlaqədar YAP-ın Mərkəzi Qərargahında toplantı keçirilib.
YAP-ın icra katibi və sədr müavini Əli Əhmədov çıxışında bildirib ki, ötən 2006-cı ildə 25 min nəfər YAP-ın sıralarına qəbul olunub. Ümumilikdə partiya üzvlərinin 38%-ni gənclərin təşkil etdiyini deyən Əli Əhmədov YAP-ın qazandığı uğurlardan, xalqın ona göstərdiyi etimaddan danışıb, buna görə də sıralıranın günü-gündən genişləndiyini vurğulayıb. Ə.Əhmədov partiyanın lideri, 2008-ci ildə keçiriləcək prezident seçkilərində YAP tərəfindən prezident İlham Əliyevin namizədliyinin irəli sürüləcəyini diqqətə çatdırıb.
O, Kəmalə Babayeva adlı gənc xanıma YAP-ın 400 mininci üzvlük vəsiqəsini təqdim edib.