...

Ziyafət Əsgərov: "NATO-nun Fərdi Tərəfdaşlığa dair Fəaliyyət planı çərçivəsində Azərbaycanın qurumla əməklaşlığı normal gedir"

Siyasət Materials 14 Fevral 2007 18:43 (UTC +04:00)

NATO-nun Fərdi Tərəfdaşlığa dair Fəaliyyət planı çərçivəsində Azərbaycanın qurumla əməklaşlığı normal gedir. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov bildirib.

Z.Əsgərov deyib ki, iki ildən bir bu proqram çərçivəsində həyata keçirilən işlərin qiymətləndirilməsi prosesi aparılır.

"Hazırda NATO nümayəndələri Bakıdadırlar. Onların fəaliyyət planında nəzərdə tutulan məsələlərin Azərbaycan tərəfindən necə yerinə yetirildiyini öyrənirlər. Məndə olan məlumata görə, NATO nümayəndələri Azərbaycanın gördüyü işləri müsbət qiymətləndiriblər. Amma onlar prosesi davam etdirirlər", -deyə Milli Məclis sədrinin birinci müavini əlavə edib.

Qeyd edək ki, adıçəkilən proqramın müddəti bu il başa çatır. Z.Əsgərov isə hesab edir ki, Azərbaycanla NATO arasında əməkdaşlıq davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti