...

Səfir: Erməni sərhədçiləri ağac qırmaq məqsədilə sərhədi keçmiş Gürcüstan vətəndaşı olan üç azərbaycanlını saxlayıb

Siyasət Materials 15 Fevral 2007 12:16 (UTC +04:00)

Erməni sərhədçiləri ağac qırmaq məqsədilə sərhədi keçmiş Gürcüstan vətəndaşı olan üç azərbaycanlını saxlayıb. Onlardan iki nəfər ağac qırmaq məqsədilə Ermənistan ərazisinə keçib və hazırda Yerevandadırlar.

Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev Trend ə bildirib ki, onlar 2000 ABŞ dolları həcmində cərimə ödəməlidirlər, yalnız bundan sonra azadlığa buraxıla bilərlər.

Digər azərbaycanlı isə hələ delimitasiya olunmamış Ermənistan və Gürcüstan arasında mübahisəli sayılan ərazidə saxlanılıb. O da bu əraziyə ağac qırmaq məqsədilə keçib və Ermənistan sərhədçiləri tərəfindən saxlanılıb.

Səfir bildirib ki, bu məsələ ilə Gürcüstan sərhəd polisi rəisi Badri Bitsadze məşğul olur və artıq bununla bağlı bir sıra görüşlər keçirib. N.Əliyev bildirib ki, saxlanılanların vəziyyəti ilə bağlı informasiya hələ yoxdur.

Xəbər lenti

Xəbər lenti